De hardasan, gümüş gözlüm,
Dodağları şirin sözlüm,
Həyəcanlım, atəş közlüm,
Hansı limandasan sən.
Ümid uşaq tək yeriyə,
Arzu yaramı səriyə.
Nə olar ki, dön geriyə,
Ümid, gümandasan sən.
Qapımızı döydü bahar
Öz-özünü öydü bahar.
Yaşıl deyil, göydü bahar,
Çəndə, dumandasan sən.
Kayıt Tarihi : 29.4.2018 16:04:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!