Ötürüb gecənin qaranlığını,
Itirib həsrətin toranlığını,
Öpüb məhəbbətin şoranlığını,
Qaldırıb qoymuşam gözümün üstə.
Hər kiçik zərbədən qaralır qanım,
Əriyib gedirəm, qalmayıb canım.
Izn ver, sonadək alışıb yanım,
Nə olar, su tökmə közümün üstə.
Məgər gənc ömrünü fələk çalmayıb?
Vüsalın üstünü bulud almayıb?
Taqətim azalıb, səbrim qalmayıb,
Yamanca qar yağıb dözümün üstə.
25.05.2014
Kayıt Tarihi : 9.6.2018 17:56:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/09/dozumun-ustune.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!