Ay yellənib gedən qız,
Dediyini edən qız,
Incimisən nədən, qız
Getmə, sənə sözüm var.
Gün-gündən yaddaşırsan.
Sahilini aşırsan,
Nə kükrəyib daşırsan,
Gözlərində gözüm var.
Gülləri üzmədinmi,
Telinə düzmədinmi.
Təklikdən bezmədinmi,
Səndə əcəb dözüm var.
30.04.2018
Kayıt Tarihi : 2.5.2018 08:49:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/05/02/dozum-var.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!