Dözüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dözüm

Yenə də qaşımı çatıb qalmışam,
Fərəhi kədər satıb qalmışam.
Elə içindəcə batıb qalmışam,
Bu qədər düyünü mən necə çözüm,
Dözüm, ay dözüm.

Qəfildən quruyan çay olmuşam mən,
Haray olmuşam mən, hay olmuşam mən.
O günəş olubsa, ay olmuşam mən,
Bilirəm, həsrətə günahkar özüm,
Dözüm, ay dözüm.

Başlasın toy-nişan, başlasın düyün,
Ilahi, verdiyin şənliklə öyün.
Elə qorxuram ki bir zaman, bir gün
Qəfildən alışar soyuyan közüm,
Dözüm, ay dözüm.
31.07.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 06:22:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu