Döz yeri Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Döz yeri


Baxan deyər dövlətində kəmin var,
Həyatında gizli-aşkar dəmin var.
Göz yaşında dünya boyda qəmin var,
Gülüşündə bir atımlıq söz yeri.

Üstümüzə hürər həsrət qocası,
Yanında da hicran kimi xocası.
Dilə yatmaz ayrılığın hecası,
Var könüldə məhəbbətin öz yeri.

Qız oğlana, oğlan qıza qarışar,
Küsülülər bir-biriylə barışar.
Yanaqların nədən belə alışar,
Yandıracaq dodağımın köz yeri.

Tac olmadın sən başıma qızıldan,
Eşq küləyi hərdən şeir mızıldar.
Xatirələr yada düşər, sızıldar
Ürəyinin ağrısına döz. yeri.

Sevinc Arzulu
Kayıt Tarihi : 31.7.2023 08:32:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu