Doyub ağlaram Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3727

ŞİİR


28

TAKİPÇİ

Doyub ağlaram


Nə varmış Tanrının qorxularında,
Gül-çiçək ətirli qoxularında.
Mənim rəngli olan yuxularımda,
Başımı çiyninə qoyub ağlaram.

Qocaldım, sarışın pərin olmaram,
Yaddaşım zəiflər, dərin olmaram.
Dənizin suyuyla sərin olmaram,
Adını qayaya oyub ağlaram.

Zəmanə qaraldar saf incimi də,
Heç yerdə alammam mən dincimi də.
Əbədi itirrəm sevincimi də,
Bu fani dünyadan doyub ağlaram.

Sevinc Arzulu
Kayıt Tarihi : 3.9.2025 05:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!