Doymayır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Doymayır

Bircə dəfə sakitlik ara, külək,
Tələsmə,gedirsən de hara külək.
Dörd bir yanı dağıdır qara külək,
Tufan qopur, salamat ev qoymayır,

Ürəklərə kədər,qüssə dolarmı,
Salxım söyüd saçlarını yolarmı.
Fəlakət də bunca acgöz olarmı,
Fələk sanki zülm etməkdən doymayır.

Dərə enib, dağ aşıblar deyəsən,
Bulaq üstdə rastlaşıblar deyəsən.
Asta-asta dostlaşıblar deyəsən,
Vüsal nədən hicrin gözün oymayır.

Əldə silah gəzdim eli-obanı,
Heç bilmirəm kimlə edim davanı.
Rəqibin də varmış dini-imanı,
Eh, yaramın qaysağını soymayır.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2022 07:47:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu