Hərcayilər verməz bizə aman, bax
Doğru çıxar ürəyimə daman, bax.
Deyirlər ki təkrarlanır zaman, bax,
Günəş Yerin ətrafında dövr edər.
Ayrılığın şərbətini içənim
Məni deyil, o əğyarı seçənim.
Xatırlatma mənə olub-keçəni,
Qaysaq tutan yaralarım qövr edər.
Bu iztirab, bu ağrı mənim bəsim,
Susub qallam.Daha heç çıxmaz səsim.
Başa çəkməz müxənəti, nakəsi,
Tanrı haqsız insanlara cəbr edər.
Ətrafına bir istilik köz saçmır,
Lovğalanmır, şüasından söz açmır.
Hicrin güclü küləyindən göz açmır,
Yazıq ürək ah, nələrə səbr edər.
Sənsiz keçməz bir satım, dəqiqəm,
Eh, qiyməti bilinməyən əqiqəm.
Bilirəm ki imkan versəm rəqibə,
Məkanımı dirigözlü qəbr edər.
Kayıt Tarihi : 27.3.2022 08:45:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!