Yağışlardan qoca, mətin qayalar,
Mərd dayanar,sinəsi heç oyulmaz.
Çətin qəmi qəlbə həmdəm sayalar,
Ayrılığın acısından doyulmaz.
Ümidimin ayaqları sıyrılmış,
Sənə doğru torpaq ilə sürünüb.
Buludumun dayaqları qırılmış,
Onun üçün yer-göy suya bürünüb.
Istəyinin qarşısında qul kimi,
Dayanmışdır yazıq canım müntəzir.
Xərclənib də getdim qara pul kimi,
Yaman düşdüm həsrətinə mən əsir.
Kim qurtarar məni acı möhnətdən,
Kim qapımı açıb “salam” deyəcək.
Baş götürüb necə qaçım töhmətdən,
Qazancımı qarı düşmən yeyəcək.
Yeyərək də susmayacaq gülüşü,
Gözlərində qığılcımlar oynayar.
Tanrım, nolar, mənə çox gör görüşü,
Dəli könlüm,yenə coşub qaynayar.
Həyatımın məşəqqətli gününü,
Yaşamışam.Yaşamaram bir də mən.
Aparıb da getdi külək ünümü,
Azıb qaldım açılmayan sirrdə mən.
Pünhan sirrin açılması möhtəşəm,
Mümkün olmaz hicrin vəsli pusması.
Gör nə qədər yaxşılıqlar etmişəm,
Xatirimə dəyir dostun susması...
Kayıt Tarihi : 18.12.2019 07:17:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/12/18/dostun-susmasi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!