Sonuncu görüşdən keçib düz qırx il,
Telimizi ağ ilməylə hörən biz
O günlər heç zaman unudulan deyil,
Nə yaşadıq bu illərdə görən biz.
Hərəmizin cığırımız, yolumuz,
Cavan ikən düşdük yaman atəşə.
Qırılmadı qanadımız, qolumuz.
Cığır ilə getdik üzü Günəşə.
Gəl danışaq keçən əsrin halından,
Qızındırar sönməz közün istisi.
Davasından, bitməz qeylü-qalından.
Əyri çıxmaz doğru sözün tüstüsü.
Kayıt Tarihi : 7.3.2021 15:10:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/03/07/dostuma-mektub.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!