Dostum Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dostum

Görən nə söylərsən sən mabədində,
Fikir səhrasında veyiləm, dostum.
Sevdanın qəsr adlı daş məbədində.
Sərgərdan , avarə deyiləm dostum.

Işğal olunubdur azadlıq qitəm,
Əğyardan çəkirəm amansız sitəm.
Nə sərin su kimi içilib bitəm,
Nə də şikar kimi yeyiləm, dostum.

Gecələr doğan Ay Günəşi görməz,
Qızılı telini sevərək hörməz.
Mənim qürurum var, icazə verməz,
Kimsənin önündə əyiləm, dostum.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.11.2021 08:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu