Dərə endim,dağ da aşdım,
Hərdənbir düz yolu çaşdım.
Mən dünyanı çox dolaşdım,
Sənin ilə rastlaşmadım.
Düşmən gözünə tikanam,
Yer titrədən bir təkanam.
Bu dünyada laməkanam,
Kimsə ilə dostlaşmadım.
Balıq məşhur kürüsüylə,
Maral gəzər sürüsüylə.
Bilmədiyim birisiylə,
Badə vurub tostlaşmadım.
Kayıt Tarihi : 13.6.2018 10:42:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!