Dost sanacağından Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dost sanacağından

Deyirlər əsl eşq heç zaman ölməz,
Sevən kəs dərdini kimləsə bölməz.
Evində bişməyib, qonşudan gəlməz
Baş açmaz sevdanın qanacağından.

Ayrılıq eşqimi görməzdi ki heç,
Başıma güldən tac hörməzdi ki heç.
Yatsam da yuxuma girməzdi ki heç,
Hicranın alovda yanacağından.

Qaranlıq gecənin səhəri varmış,
Cavabsız sevginin zəhəri varmış.
Deyəsən məşuqun xəbəri varmış,
Həsrətin vüsalı danacağından.

Mən sənin laləli zəmin deyiləm,
Sulara boy verən gəmin deyiləm.
Arxayın deyiləm, əmin deyiləm,
Sonunda məni də anacağından.

Qüssədən, kədərdən könlüm tox, gülüm,
Həsrətin acısı qəlbə ox, gülüm.
Ağlıma gəlməzdi məni yox, gülüm
Əğyarı yaxın dost sanacağından.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.6.2020 10:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu