Dönük dosta Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dönük dosta

Mənəmmiş həyatın boynunda yatan,
Mənəmmiş dünyanın ən pis insanı.
Mənəm həqiqətin qoynunda batan,
Üstümə yağdırma yalan leysanın.

Bəlkə də zamanın ən təmiz, ən saf
Adamı içində ön sıradayam.
Bilsən, gözəl hissdir comərdlik, insaf
Yaxşılıq hardasa mən oradayam.

Kimsəyə pisliyi qıymaram heç vaxt,
Səhv etsəm üzr də istəmişəm mən.
Günahı yaxına qoymaram heç vaxt,
Naxələf bəndəni pisləmişəm mən.
12.09.2018.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.9.2018 09:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu