Donub qalıb Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Donub qalıb

Həsrətin acıdır, yeyə bilmirəm,
Hicranın libasın geyə bilmirəm.
Bir kəlmə söz belə deyə bilmirəm,
Adın donub qalıb dodaqlarımda.

Yaşaram ömrümün payız fəslini,
Anaram baharın xoş nəfəsini.
Daim eşidirirəm qəmli səsini
Ladın qonub qalıb qulaqlarımda.

Ayrılıq bəlaymış indi qanıram,
Ötən günlərimə odsuz yanıram.
Damcı da içəndə səni anıram,
Dadın enib qalıb bulaqlarımda.
17.02.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 21.3.2019 14:30:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu