Həyatımın günəşindən,
Dərd-sərimin küləşindən.
Ürəyimin atəşindən
Yanan tonqal, sönmüsənmi.
Dənizdə itirəm səni,
Səhraya götürəm səni.
Qoymadın ötürəm səni,
Dedin sən qal.Dönmüsənmi.
Bulud, nə var bizim eldə,
Yağma daha.Bezib sel də.
Eh, əzəldən quru çöldə,
Bitən qanqal.Minmisənmi?.
Bəllidir ki xəyanətin,
Yalan olan sədaqətin.
Qarşısında həqiqətin,
Susan naqqal.Dinmisənmi.
Kayıt Tarihi : 24.2.2022 10:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!