Döndermisen qezel Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Döndermisen qezel

Işıqlı,gen dünyamı cəhənnəmə döndərmisən,
Şad gündə fərəhimi kədər-qəmə döndərmisən.
Çox idi dost yanında mənim hörməti-izzətim,
Divanə edib indi bəxti-kəmə döndərmisən.

Al bayraq ucaldaraq saf eşqımı bildirirdim,
Bəs niyə bayrağımı ağ ələmə döndərmisən.
Həmişə fərəh ilə bol olan könül dünyamı,
Hicran,möhnətlə dolu bir aləmə döndərmisən.

Düz deyirlər nə bilir qəmin dadaın dərd çəkməyən,
Yandırırsan hey məni,lap Kərəmə döndərmisən.
Sən indi çox gözəli özünə kölə etmisən,
Düz yolundan çıxarıb qul-hərəmə döndərmisən.

Ah,nə qədər mən üzmüşəm sənin hicran dənizində,
O kiçik qayığımı qəm bərəmə döndərmisən.
Gecə-gündüz ağlayıb nalə çəkməkdən,ay gülüm,
Həmişə zildə çıxan səsi bəmə döndərmisən.

Daim danışıb gülər sevib-sevilən insanlar,
Fərəh bəxş edən eşqi lap sitəmə döndərmisən.
Sən nədən dəyişmisən Sevincin bütün ləzzətin,
Şirin dadan dadını acı təmə döndərmisən.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu