Çaydım,dənizə axmışam
Boynuma inci taxmışam.
Şimşək tək göydə çaxmışam,
Mən qurbanın olum,dağlar.
Sökülüb qəlbimin bağrı,
Ürəyimdə bitməz ağrı.
Inan,qalıb sənə doğru,
Uzanıqlı qolum,dağlar.
Sinəndə yanardı tonqal,
Biz də qurardıq bir manqal.
Yollarımı kəsib qanqal,
Tikan sağım-solum,dağlar.
Düşərdi sizdən güzarım,
Çıxardı candan azarım.
Başlanar yenə ah-zarım,
Razı olma dolum,dağlar.
Sevinc dildə söz-söhbətdir,
Sönməz eşqdir,məhəbbətdir.
Nə vaxtdır sənə həsrətdir,
Düşər sənə yolum,dağlar.
Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 16:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!