Parlamaz qaşım, ağa
Min illər yaşım, ağa.
Sevdiyim yaşamağa
Ümid olmaq istəmir.
Bir dünya savaşıyla,
Ölüm saçan daşıyla.
Sevənin göz yaşıyla,
Bulud dolmaq istəmir.
Üzünə vurar ənlik,
Qəm –qüssə qurar şənlik.
Həyat məchullu tənlik,
Sabit qalmaq istəmir.
Kayıt Tarihi : 28.6.2018 06:41:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!