Qurban olum gözlərinin məstinə,
Bilməyirəm heç onların qəsdi nə.
Niyə durub görən mənim qəsdimə,
Veribdir qətlimə fərman, gözlərin.
Gələr yenə xoşbəxt, kədərsiz dəmim,
Yetişər sünbüllə dolu göy zəmim.
Sənsiz batar sularda arzu gəmim,
Ola mənim üçün liman gözlərin.
Günümüz keçsin qoy sözlə,söhbətlə,
Yaşayaq bu ömrü xoş səadətlə.
Baxaq bu dünyaya saf məhəbbətlə,
Xəstəyəm, dəsrdimə dərman, gözlərin.
Əzbərsən dilimdə əziz ad kimi,
Baxma gözlərimə sanki yad kimi.
Durub yollarımda bir cəllad kimi,
Verməyir kimsəyə aman, gözlərin.
Sevinc baxçasında qızılgül əkər,
Ona qulluq edər, nazını çəkər.
Niyə belə qan ağlayar, yaş tökər,
Tənhalıqdan dolan zaman gözlərin.
Kayıt Tarihi : 9.12.2023 08:43:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!