Çətində köməyə.qayğıya dönüb,
Ən zərif,ən incə duyğuya dönüb,
Qara gözlərində uyğuya dönüb,
Sənnin ürəyinə dola bilmədim.
Həsrətin.hicranın acıdan acı,
Vüsal da hey mənə baxır qıyqacı.
İndi başqasıdır başımın tacı,
Neynəyim.səninki ola bilmədim.
Səsimə səs verməz əsən yellər də,
Qəmimi aparmaz coşan sellər də.
Sənin tək yaşayıb qürbət ellərdə,
Səninlə birlikdə ölə bilmədim.
Kayıt Tarihi : 13.6.2018 07:10:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!