Qapını qış alıb, meyvə soğulur,
Ən yüksək nöqtədə hava boğulur.
Sanma ki dünyaya asan doğulur,
Hər insan gəlişi ağrıdan keçib.
Həyatın heç fərəh vermədi ki çox,
Bir qarnı ac oldun, bir qarnınsa tox.
Götürdüyün sənin, gördüyünsə yox,
Bu qızıl qaydalar oğrudan keçib.
Ayrılıq acı dərs öyrətdi mənə,
Düşmüşəm yayda da duman, çənə.
Dünyanı dolaşıb dursa da yenə,
Yalanın örkəni doğrudan keçib.
06.10.2018
Kayıt Tarihi : 9.10.2018 15:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!