Arzuların puça getdi,
Ümidlərin uça getdi.
Etdiklərin heçə getdi,
Nə istərsən,dəli könül.
Hanı sevdiklərin,hanı
Dostu seç,düşməni tanı.
Olmadı qəsrinin xanı.
Nə istərsən dəli könül.
Yadlar gəlib yağmaladı,
Gülüşünü boğmaladı.
Dərd qapısın bağlamadı,
Nə istərsən dəli könül.
Dərə getdi,düzən gəldi.
Vəslə ağız büzən gəldi.
Rişxənd ilə süzən gəldi,
Nə istərsən dəli könül.
Sən ki hər vaxt piyadasan,
Dərdi həddən ziyadasan.
Qara nurda,r ziyadasan.
Nə istərsən dəli könül.
Ala gözü nəm eylədin,
Ağrıları cəm eylədin.
Bəsdir daha,qəm eylədin
Nə istərsən dəli könül.
Dərdin ağzı açıq qalsın,
Evi yarıuçuq qalsın.
Kədər hər vaxt kiçik qalsın,
Nə istərsən dəli könül.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:32:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!