Edib məni kölə,əsir
Sanki pisliyə tələsir.
Şillə etməz ona təsir,
Ayrılığın üzü bərkdir.
Nə dincələr,nə də yatar,
Sözləri var qatar-qatar.
Qocalsa da addım atar,
Həsrətinin dizi bərkdir.
Dərd anlayıb duymaz ki heç,
Qəlbimdəcə uymaz ki heç.
Bircə görüş qıymaz ki heç,
Vüsalının özü bərkdir.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 07:11:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/20/dizi-berkdir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!