Sevdim….gör, nə işlər gəldi başıma ?!
“Verirəm, eşqimi al” deyəmmədim…
Qönçə dodaqların gəldi xoşuma ,
Dadını bilmədim, “bal” deyəmmədim …
Şirin ümidlərlə xəyallar qurdum,
Səninçün özümü daşlara vurdum,
Ayağın büdrədi, yanında durdum,
“Qolunu boynuma sal” deyəmmədim…
Cavabsız bu sevgi canımı sıxdı,
Ruhumu incitdi, ömrümü yıxdı …
Bütün ləçəklərim “sevməyir” çıxdı,
Qorxdum… mən adına “fal” deyəmmədim…
Dedim ki , “nə ola, bu eşq bitməyə…
Yar məni sevgimə peşman etməyə”
Dünəndən hazırsan, gördüm, getməyə,
Nə qədər istədim… “qal” deyəmmədim..
Kayıt Tarihi : 5.1.2025 16:58:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!