Döngələri döndüm gəldim,
Günə tərəf çöndüm,gəldim
Bilə-bilə söndüm gəldim,
Səni yandırmayım deyə.
Bu dünya yalan içində,
Hərəsi də bir biçimdə.
Səbri boğdum öz içimdə,
Könül sındırmayım deyə.
Bezmişəm and-amanından,
Məni çox istər canından.
Asta keçirəm yanından,
Qəmi dindirməyim deyə.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 20:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!