Baxışları közlədər,
Yollarını gözlədər.
Beş adamı gizlədər,
Kürəyə bax, kürəyə.
Tapar qəlbimə açar,
Qalmaz dərd içrə naçar.
Adamı alıb qaçar,
Küləyə bax,küləyə.
Çəkər al naxışların,
Yağdırar yağışların.
Gizlədər baxışların,
Ürəyə bax,ürəyə.
Ömürdən qəmi çıxar,
Kədər qəlbini sıxar.
Neçə adamı yıxar,
Biləyə bax,biləyə.
Qəlbdə qarzu bəsləyər,
Səadətə səsləyər.
Xoşbəxt olmaq istəyər.
Diləyə bax,diləyə.
Kayıt Tarihi : 14.6.2018 20:07:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!