Zəmanə qədrimi bilir arabir,
Gözümün yaşını silir arabir.
Fərəh əl çalaraq gülür arabir,
Min arzu, min istək, dilək oynayır.
Kədərin ruh halı qüssənin bəsi,
Daim qulağında hicranın səsi.
Könlümün içində qasırğa əsir,
Başımın üstündə külək oynayır.
Söykənib sahilin qərib daşına,
Susaraq baxıram ocaq başına.
Dünyanın qəribə aldanışına,
Zarafat əl çalır, kələk oynayır.
29.04.2018
Kayıt Tarihi : 1.7.2018 10:22:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!