Savad nədir, bircə hərif qanmayır,
Nə çətindir ayrılığı oxutmaq.
Aravuran yalançıdır, danmayır
Mənə qalır vüsalımı ovutmaq.
Asta-asta göz yaşını silirəm,
Arıqlayıb.Çəkisi də qu kimi.
Ayrılığım çox sıxıbdır, bilirəm
Eh,ömür də axıb gedir su kimi.
Nələr olur, nələr bitir bir anda,
Ağaclar da kölgəsini dəyişir.
Rahatlıq da gözdən itir bir anda,
Ümidlər də bölgəsini dəyişir...
18.04.2019
Kayıt Tarihi : 19.4.2019 06:45:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/19/deyisir-bolgesini.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!