Vüsala gedən yol yaman dardı ki,
Sağı da, solu da lay divardı ki.
Elə bir həyəcan məni sardı ki,
Ürəyim heç belə döyünməmişdi.
Sonuncu gördüyüm nəm naxış idi,
Üzündə bir parça qəm baxış idi.
Sən yola düşın gün qarlı qış idi,
Təbiət yamyaşıl geyinməmişdi.
Sən demə vədələr yalnız gap idi,
Bizləri bağlayan nazik sap idi.
O zaman dostlum da təmiz, saf idi
Arxamca danışıb deyinməmişdi.
Kayıt Tarihi : 9.6.2018 16:10:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/09/deyinmemisdi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!