Deyimler 6 Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Deyimler 6

Misralandım kəlmə-kəlmə,
Həsrət,ömrə gəlmə-gəlmə.

Qış günün bəyazlığı,
Ağ yalanın dayazlığı
Gün çıxanadəkdir.

Dərdimin damarından tutdum,
Üzümə qara qəm fışqırdı.

Ürəyimin harasındasa,
Dərdlərimin arasındaca sən vardın.
Adının ilk hərfinin ucundanca çəksəm əgər
çözüləcək son kimi.
Təkcə bir ilmə qalacaq,kənar ilmə.
Ömrümüzün axırına qoyulacaq
qapqara bir fon kimi.

Damcı-damcı göz yaşlarım
Hey axdıqca yanağımdan,
Dünya necə əl çəksin ki
Öz beşgünlük qonağından.

Duyğularımı yığıb-yığışdırım
sahmana salmaq istədim.
Nadinc uşaqlar kimi hərəsi
bir tərəfdə gizləndilər.
Ipə-sapa yatmadılar ki...

Bu vicdan əzabının işgəncəsindən
doğan göz yaşları
yuyacaqmı de,səncə günahını?

Qəlb qurşağının saatının əqrəbləri həmişə
on ikinin üstündədir.

Eşq ilahəsinin gözlərini niyə oydin.
Sənə kəm baxdığına görə?

Üzümün suyunu içdin,
üzünün suyu töküldü.

Sudan gələn sürməli qız,səhəngin hanı.

Məhəbbətin beşiyini yırğaladım,
gülüş səsləri gəldi qulağıma.

Yel gəldi,tel apardı
Sel gəldi el apardı.

Həyata allı-güllü baxışların qurbanı oldu.

Şəklini gözümə əbədi həkk etdim:
Daha uzaq düşməyəsən deyə.

Xatirə zəncirin boynumdan asdım,
Sandım yeri-göyü yaradan asdım.

Mən yeraltı səltənətin yerüstü sakiniyəm:
Ruhum orda,özüm burda.

Ürəyimdən qara qanlar axır çay kimi.
Ağarmış tellərini yusana.

Mən məzarın başında,
Sən məzarın daşında.

Səni sevmək günahımı dəfn eylədim kədərinin
qoynunda.
Ikimiz də piyadaydıq bəxtin şahmat oynunda.

Vüsalının gül üzünə damcı-damcı damcılandım,
Həsrət gördü,qamçılandım.

Sevgi könlümün içində,
Könlüm sevginin gücündə.

Vəfalıya güllə atdım,
Qayıdıb özümə dəydi.

Duyğularım sarı-sarı sim olası,
Bəs məhəbbət nəğməsini kim çalası.

Kəmər taxsam qızıldan,
Yağı görüb mızıldar.

Sarı-sarı çiçəklərim,
Ayrılığın göyçəkləri.

Çiçək-çiçək arzular,
Qızıl ləçək arzular.

Mənim eşqim yer üzündə təkcənədir,yeganədir
Bəs niyə o zalım ruhun varlığıma biganədir.

Küsüb məndən şahin yarım,ürəyini kim alası,
Bir gün nakam eşq əlindən kim gedəsi,kim qalası.

Bircə damla şəbnəm könül duyğularımı oyandırdı.

Ağlımın ayağınadan girib başından çıxan fikirlər,hardasınız?

Süzgün baxışların üzgün naxışları könlümə həkk etdi.

Sənli günlərimin üstündən qırmızı xətt çəkdim,
Bir anda qaraya döndü.

Gül üstündə şeh olarsan,
Sərin əsən meh olaram.

Ayrılığın şöləsi olmaqdansa,
Məhəbbətin köləsi ol.

Zər qədrini zərgər bilər.
Mən zər oldum,
Sənsə zərgər olmadın.

Unut kimi, sev kimi
Dünya, dərdli ev kimin.

Sən şeir kimisən: həzin,gözəl,mənalı.
Şeir də sənin kimidir:qəmgin,dürüst,xəyallı.

Qulağıma laylan gəldi,
Qəm üstümə lay-lay gəldi,
Ana.

Sənsizliyinlə mənsizliyim aşiq-məşuqdurlar.

Səni su təkin içərdim, çörək əvəzi yeyərdim.
Heyf ki pəhrizdəyəm.

Gələcəyin qaranlığından, keçmişin şoranlığından
bezib intihar etmək istəyirəm.
Bilmirəm özümü səssizlikdən asım,
sükutdan atılım və ya sənsizlikdə boğulum?!

Illər məni qovur.Mənsə qabaqda qaçan
ayaqlarıma çatmaq istəyirəm.

Sənə “günəşim”-dedim.
Demədim ki alovunla yandırasan,yaxasan.
Sənə”ayım”-dedim.
Demədim ki uzaqdanca soyuq-soyuq baxasan.
Sənə “ulduzum”-dedim.
Demədim ki sən günlərin birindəcə qəfilcədən axasan.
Bəs mən sənə nə deyəydim axı?!

Içimdə şeytan var,öldürmək istəyirəm,bacarmıram.
Içimdə kədər var,güldürmək istəyirəm,bacarmıram.
Içimdə nisgil var,boğmaq istəyirəm,bacarmıram.
Içimdə həsrət var,qovmaq istəyirəm,bacarmıram.
Axı mən nə bacarıram ki?!

Sevinc Arzulu
Kayıt Tarihi : 12.12.2018 14:47:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu