Gecədən qayıdanlar,
Günəşi oyadanlar...
Şeytan xoş deyil,
Meydan boş.
Dağılsın başımdan dünyanın qəmi,
Silim gözlərimdən yaşılı nəmi.
Üşümüşəm səhərədək,
Səhər, gəl çıx, üzün görək.
Təbəssüm bəxş edir mənə səhərlər,
Gecənin zülməti məni zəhərlər.
Işıqlar şütüyər kölgələr boyu,
“Vağzalı” havası silkələr toyu.
Susardım sükutun səs-küyü qədər,
Susardım, nəfəsim getməsin hədər.
Danışmaq gümüşdür, susmaq qızıldır,
Susuban danışmaq ömrə yazıldı.
Yar əlində çiçək gözəl,
“Yox” deməkdən əl çək, gözəl.
Solmasın ömrünün kaş yarpaqları,
Xatirə ağacı yaş yarpaqlayır.
Dama-dama şeh su olar,
Çaya dönmək arzu olar.
Görünməyir gədiklərim,
Hanı qoyub gəldiklərim.
Seyr edirsən üzüntümü,
Bu halımdan üzüldünmü?
Simayi-şəms çal mənimçün,
Əbədilik qal mənimçün.
Getdiyim yolların sonu bilinmir,
Xəyalın su kimi donub, ilinmir.
Göz yaşına leysan dedim,
Verməm daha ehsan dedim.
Indi anla, indi qan,
Səni gözlər intiqam.
Kiçilib tükənmisən,
Sən evcik tikənmisən.
Xəyalını harayladın,
Bu vaxtadək haradaydın.
Tərləyirəm puçur-puçur, eşidəndə adını.
Dəli könül uçur-uçur,olur sevgi qadını.
Həyatımın naxışları ağlı-qaralı olar,
Həyatımın baxışları qəmdən aralı olar.
Zəhmin məni ey dost, yaman basıbdır,
Xəyalım özünü göydən asıbdır.
Yer üzünə həsrət qalan bulud kimi,
Ağlayanı təskin edən ümid kimin.
Xatirəndir ardım, önüm,
Icazə ver, mehə dönüm.
Dumanlı gecələrim,
Gümanlı necələrim...
Ayrılığın güzgüsü,
Bəllidir hər cizgisi.
Hicrana zəhmliyəm,
Vüsala rəhmliyəm.
Həqiqəti məhv eylədim,
Gör bir necə səhv eylədim.
Sənsizlikdən üşüdüm üşüm-üşüm,
Sənsizliyin zirvəsindən indi mən necə düşüm.
Göy üzünün təntənəsi,
Buludların mavi səsi...
Duyğularım üz üstədir
Yenə məndən üzr istədin.
Uzaq dur dərd anlamazdan,
Boşa ver gəl, danlamaz da.
Elə xəyanət var günahların fövqündə durur.
Elə sədaqət var savabların şövqündə durur.
Kölgəsi özündən hündür gecələr,
İlahi, itləri hürdür gecələr.
Gecədən qayıdanlar,
Günəşi oyadanlar...
Nə ilk eşqimi danıram,
Nə başqa oda yanıram.
Həqiqət önündə susum, oturum,
Yalanın gedişin pusum, oturum.
Kölgəmi gün vurdu,
Ürgəmi cin.
Yerişini qədəm-qədəm bağrıma basdım.
Gülüşünü salxım-salxım göydən asdım.
Görüşünü gözlədikcə susdum-susdum.
Kipriklərinin ucundan şeh damcıladı
sənsizlikdən
cadar-cadar olmuş könlümə.
Özünə gəldi,bir anda göyərdi.
Girdim könül odasına,
Arzuları rəf-rəf düzdüm,
Istəkləri səf-səf düzdüm.
Qəlb odamız,eh.səhf düşüb.
Damla-damla göl olmadı,
Dama-dama çöl oldu.
Gəlməyinə ümid etdim,
Göz yaşımı bulud etdin.
Hicranının özü gerçək,dili acı
Həsərinin üzü göyçək,yox əlacı.
Ayrılığın aşığı alçı durar.
Sənli günlər ötüşər,
Sənsiz günlər öpüşər.
Dilimin bəlası,
Beynimin balası.
Sen şiir kibisin:hezin,güzel,menalı.
Şiir də senin kibidir:qemgin,dürüst,xeyallı.
Ey ayrılıq,az qapı pus,
Nə gördünsə danışma,sus.
Təbiətin təntənəsi,
Üzə gülər çiçəklərin hər dənəsi.
Sussun dəli ruzigarım,
Açsın qönçə gül-nigarım.
Yurdum odlar səltənəti,
Yaxın qoymaz heç lənəti.
Hicran hürər,xamlayar
Həsrət görər,damlayar.
Hanı mənim qədərim,
Susuz bağdan nə dərim.
Indi səndən keçimmi?
Özgəsini seçimmi?
El gəldi.dəni apardı
Sel gəldi,səni apardı.
Varlığımla öyünmədim,
Yad ürəkdə döyünmədim.
Könül duyğularının rəqsi,
Gözümün gözündə əksi.
Tanrı mənə buta verdi,
Ayrılığı xəta verdi.
Yağış yudu göz yaşımı,
Baxış yudu yaddaşımı.
Itilənmiş təfəkkürüm
Taleyimə təşəkkürüm.
Bu məhəbbət üçbucağı,
Tozla dolu künc-bucağı.
Mən eşqin fədasına dönüncə,
Sən eşqin sədasına döndün.
De,hardasan gözüm nuru
Zəifləyir sözüm nuru.
Pəncərəmdən ay boylandı,sevindim
Sən demə qaldırıcı kranın işığı imiş.
Ayrılığın bir halı var:o da göz yaşı.
Sən mənim etmədiyim günahımsan.
Gözünün pəncərəsindən boylanırsan
uğultuyla axan baxışlarla.
Qorxmursanmı boğulam?
Basdı könül yuvamızı sel suları,
Yudu bütün cavabı yox sualları.
Gözlərimə dola-dola,
Axırı ki gəldim yola.
Mən bilsəm də öz çəkimi,
Çəkəmmirəm söz çəkimi.
Hicran çadraya bürünsə də təpədən dırnağadək
hiyləgər gözlərindən tanıdım.
Həsrət iti zingildədi,
Hicran qarı dingildədi.
Haqqın səsini almaq olar,batırmaq yox.
Vüsalın damcı-damcı,
Həsrətin acı qamçı.
Mən kədərlə dəyişik düşmüşəm.
Rəsminin üstündə,gülüm
Gör neçə gün işlədim.
Sonucunda gülüşünü gümüşlədim.
Gəl gülgünüm,
Gül gülgünüm.
Gülsün günüm.
Vüsalın quzusu mələr,
Həsrətin ruzusu gələr.
Ümidlərin tərsanəsi,
Arzuların təranəsi.
Kədər əcəb dilmanc oldu,
Tərcüməsi qırmanc oldu.
Ümidimi puç eylədin,
rəqib məni “linç”eylədi.
Ayağımı basınca məhəbbət kandarına,
Döndüm eşq dindarına.
Məhəbbət-dənizdə ağ gəmim,
Ayrılıq-düzdə biçilmiş zəmim.
Eşq gölünün qırağında,
Xəyalların durağında
Niyə yoxsan.
Həqiqətin orağında,
Ayrılığın sorağında
Niyə varsan.
Kayıt Tarihi : 12.12.2018 14:46:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/12/12/deyimler-5-2.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!