Bu yol gedər biçinəcən,
Sonsuzluğun heçinəcən.
Gözlərimin içinəcən,
Batdım duyar-duymazına..
Qəm çölündən sür atını,
Qıratını,Düratını.
Çin çıxmamış muradımı,
Satdım dəyər-dəyməzinə.
Cığır açar göz yaşları,
Parıldayar söz qaşları.
Düşmənimə köz daşları
Atdım döyər-döyməzinə.
06.02.2018
Kayıt Tarihi : 5.5.2018 08:25:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!