Həsrət yaman yağır olub,
Vüsal aciz, fağır olub.
Günü-gündən ağır olur,
Yarəb, azalt dərd çəkimi.
Hicran qəmə qonaq edər,
Üz verməsəm qınaq edər.
Fələk məni sınaq edər,
Qarşımdadır şərt nə kimi.
Ala gözlər uya bilsin,
Danışsın lal suya, bilsin.
Çəkdiyimi duya bilsin,
Yetir mənə mərd həkimi.
24.12.2018
Kayıt Tarihi : 7.1.2019 14:10:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/01/07/derk-hekimi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!