Zaman yaman gəldi ağır,
Fələk güclü, insan fağır,
Yağış tökür, leysan yağır,
Çay suyu öynəymiş, dədəm.
Yazanına qurban olum,
Azanına qurban olum.
Məzarına qurban olum,
Yaranmı göynəmiş, dədəm.
Oxu qoydun daş kəmanə,
Yaman düşdün sis-dumanə,
Elə gurladı zəmanə,
Bildik yer, göy nəymiş, dədəm.
Eh, əzəldən dünya yalan,
Yarı gülər, yarı nalan.
Əsrin o üzündə qalan
Dərdimiz köynəymiş, dədəm.
Yadında saxla, bunu bil,
Düşmən zalım və əzazil.
Ocaqlanır gizil-gizil,
Bu ağrı göynəymiş, dədəm.
Azalmadı ki sancısı,
Bu, qədərin qəm qamçısı.
Sil gözümün nəm damcısın,
Al rəng geyinənmiş, dədəm.
Könül verdin arxayınca,
“Toy etməm çay axmayınca.”
Anan fələk arxasınca,
Yaman deyinənmiş, dədəm.
Kayıt Tarihi : 20.12.2020 16:06:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!