Qızınmadım istisinə,
Bu dünyanın dərdi nədir.
Boğuluram tüstüsünə,
Aldanışı əfsanədir.
İntiqamın daş qılıncı,
Mum qılıncla toqquşacaq.
Ayrılığın yaş qılıncı,
Dərə keçib dağ aşacaq.
İstəyimin gül üzünə,
Yağışın suyu dəyməyib.
Bax işıqlı gündüzünə,
Qədd-qamətini əyməyib.
Kayıt Tarihi : 3.9.2025 05:07:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!