Yarəb, hayları azalar,
Tanrı payları azalar,
Nədən sayları azalar.
Min namərddən bir mərd yaxşı.
Yaman yağır dərd yağışı.
Dərimizi soydu bizim,
Qəlbimizi oydu bizim.
Yaman günə qoydu bizi,
Bu həyatın sərt naxışı.
Yaman yağır dərd yağışı.
Bilir, vəslə yetməyəcək,
Tanrı xoşbəxt etməyəcək.
Gözlərimdən getməyəcək,
Sevdalımın pərt baxışı.
Yaman yağır dərd yağışı.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:18:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!