Əsdirsə də küləyimi,
Gözdə qoymaz diləyimi.
Boşaldıram ürəyimi,
O, mənim dərd ortağımdı.
Xəyal yol alır haraya,
Xatirən girir araya.
Rəngi çalır boz-qaraya,
O, mənim dərd otağımdı.
Daxil olub cahanıma,
Min rəng qatır hər anıma.
Toxunmayın mehmanıma,
O mənim dərd qonağımdı.
Kayıt Tarihi : 6.10.2020 11:47:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!