Yada düşsən gözümdən yaş süzülər,
Muncuq kimi yanağıma düzülər.
Çətin əlim əllərindən üzülər,
Bu sevdanın əvvəli var,sonu yox
Dəli könül göz yaşıyla dinibdir,
Gözlərimin gur işığı sönübdür.
Taleyimin üzü yaman dönübdür,
Həqiqətin zər tülü var,donu yox.
Könlüm qəm yurdunda qara ev tikir,
Ağlımı başımdan alıbdır fikir.
Mənim dərdim nə bir deyil, nə iki,
Dərmanımın biri vardır,onu yox.
Kayıt Tarihi : 13.6.2018 10:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!