Derd aldı, getdi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Derd aldı, getdi

Boz naxışın dünyamı
Gur yağışın dünyamı,
Tərs baxışın dünyamı,
Yaman sərt aldı getdi.

Olmadı ki qüdrətim,
Ay mənim məhəbbətim.
Yazdığım toy dəvətin,
Dostum pərt aldı, getdi.

Sevdalım görüşmədi,
Salamı bölüşmədi.
Heç qoşa şeş düşmədi,
Səbrim nərd aldı getdi.

Yollarınız enlimi,
Telləriniz fenlimi,
Doluxsunan könlümü,
Igid, mərd aldı, getdi.

Ay mənim ocaq közlüm.
Dili-dodağı sözlüm.
Neyniyim, qara gözlüm.
Məni dərd aldı getdi.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2022 07:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu