Eh, məni kimlərdən qorumusan ki,
Həzrəti Süleyman, Qorqudmusan ki,
O qədər gözümü qorxutmusan ki,
Görəndə ağarır bənizim səni.
Surətin gözümdə dumana dönüb,
Əsl adam olmağın gümana dönüb.
Mənim ki hiddətim ümmana dönüb,
Qoynunda batırsın dənizim səni.
Sən çoxdan ölüsən, olsan da diri,
Gözümdə alçağın, heyvanın biri,
Bil, sənə hayıfdır əlimin kiri,
Saya da salmaz ki kənizim səni.
Kayıt Tarihi : 6.1.2023 16:22:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!