Denize mektub Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Denize mektub


Kədərlənsəm, mən qoynuna,
Gəlim dəniz, gəlim dəniz.
Qolumu salıb boynuna,
Gülüm dəniz, gülüm dəniz.

Gecənin qəddi bükülsün,
Dan yeri tezcə sökülsün,
Yansam, suyuna tökülsün,
Külüm dəniz, külüm dəniz.

Arzularım yetsin başa,
Toxunmasın gəmim daşa.
Sinən üstdə əlli yaşa,
Dolum dəniz, dolum dəniz.

Çox çəkmişəm həsrətini,
Yada qıyma qismətini.
Sənin qədr-qiymətini,
Bilim dəniz, bilim dəniz.

Dalğa neynər duman, çənə
Fərəh , şadlıq gətir mənə.
Sevincəm, şer söylər sənə,
Dilim dəniz, dilim dəniz.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:19:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu