Denizçiler marşı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Denizçiler marşı

Üfüqlərə salam verər göy dəniz,
Hava gözəl, mavi sular tərtəmiz.
Bizim üçün doğma Xəzər çox əziz.
Gözümüzə görünməsin lovğalar.

Dəniz kimi kükrəyərik, coşarıq,
Sülhə gözəl, şən nəğmələr qoşarıq.
Hələ hərbin zülmətində yaşarıq,
Qoy məhv olsun müharibələr, qovğalar.

Ayrı düşsək hicrindən gözlər dolar,
Günəşdən qaralan bənizlər solar.
Xəyalımız sularında əks olar,
Asta-asta, aram-aram yırğalar.

Dəniz bizə Tanrının gözəl payı,
Əks etdirər gecələr parlaq ayı..
Yaraşıqdır hüsnünüə ağ qağayı,
Uzaq olsun bizdən qara qarğalar.

Bacarsaydım hey üzərdim qoynunda,
Neçə haqqı-sayı vardır boynumda.
Uduzmarıq dəniz-insan oynunda,
Əsl ürək dostumuzdur dalğalar.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.3.2022 08:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu