Fələk kələfini dolaşıq saldı,
Atamı, anamı əlimdən aldı.
Bütün arzularım yarımçıq qaldı,
Çiçəyi tez soldu dəlı könlümün.
Eşitdi dünyanın kədər zəngini,
Yaşatdı qəlbində qəm ahəngini.
Görəndə həyatın qara rəngini,
Ala gözü doldu dəli könlümün.
Heç kim başa düşməz, anlamaz onu,
Geyinməz əyninə qırmızı donu.
Bir gün görərsiniz axırı-sonu,
Qara torpaq oldu dəli könlümün.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 09:56:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/29/deli-konlumun.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!