Lalə olub göy çəməndə bitirəm,
Çöl gülləri içindəcə itirəm.
Səni sevib nə qazandım ittirəm,
Əzablarım söylə,getdi badamı?
Məhəbbətin dəli edər adamı.
Başın üstdə meh tək əsə bilmirəm,
İstəsəm də səndən küsə bilmirəm.
Hicranın yolunu kəsə bilmirəm,
Öz əlimlə səni verim yadamı.
Məhəbbətin dəli edər adamı.
Qocalıban yaşa dola bilmədim,
Yolumdan tikanı yola bilmədim.
Gülüm,mən səninki ola bilmədim,
Gecikmisən,daha alma qadamı.
Məhəbbətin dəli edər adamı.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 07:11:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!