Deli bir ağlamaq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Deli bir ağlamaq

Dilə gəl,söylə bir, hardasan Alı,
Dəli bir ağlamaq keçir könlümdən.
Daha uzaqlara uçmur xəyalım,
Dəli bir ağlamaq keçir könlümdən.

Məzarlığın şimalı nə, qərbi nə,
Doğması nə, yaxını nə, qəribi nə.
Üz tutuban şəhidlərin qəbrinə,
Dəli bir ağlamaq keçir könlümdən.

Himnimiz çalınsın qoy həzin-həzin,
Şerini söyləsin doğman,əzizin.
Gəlim hüzuruna mən dizin-dizin,
Dəli bir ağlamaq keçir könlümdən.

Gözümdə kiçilib sanki bu ölkə,
Həsrət edib məni görünməz kölgə.
Dolan ürəyimi boşaldam bəlkə,
Dəli bir ağlamaq keçir könlümdən.

Bu dünya riyadı, yalandı,Sevinc,
Igidləri əldən alandı, Sevinc.
Təkcə şeirlərin qalandı,Sevinc,
Dəli bir ağlamaq keçir könlümdən.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.8.2020 11:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu