Defn edim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Defn edim

Məni cəlb eləmir yaşıl çöl-çəmən,
Torpağın üstündə od-ocaq qurum.
Bir palıd kölgəsi axtarıram mən,
Günəş nur saçanda altında durum.

Dalım bir zamanlar şipşirin olan,
Indi acı dadan bal keçmişimə.
Burnumda yalnızca ətiri qalan,
Danışa bilməyən lal keçmişimə.

Bəlkə də haqsızam bu çözümdə mən,
Tapa da bilmirəm ipin ucunu.
Kimə oxşamışam bu dözümdə mən,
Qəlbimdə dəfn edim günah-suçumu.
19.02.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 08:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu