Dedim-dedi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dedim-dedi

Dedim :seyr eyləyək baği-gülşəni,
Dedi :əvvəlkitək sevmirsən məni.

Dedim: gözlərinin qadasın allam,
Dedi: ürəyinin odası ollam.

Dedim: həm günəşim, həm ayımsan sən,
Dedi: ilahidən nur payımsan sən.

Dedim: belə üzgün, çaxma nə olar,
Dedi: gözü süzgün baxma nə olar.

Dedim: heç ömründə pis gün görmə sən,
Dedi: hey sözlərdən çələng hörmə sən.

Dedim: xoşbəxtlərin xoşbəxti olaq,
Dedi: bir yaşayıb yüz yaşa dolaq.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2021 07:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu