Gəlmişik görüşə əllərdə çiçək,
Onları sən bizdən al,Dədə Qorqud.
Sənin gəlişinə sevinir ürək,
Şənlikdə bir qopuz çal,Dədə Qorqud.
Düşmən əlindədir ana torpağım,
Çatmayır yurduma səsim-sorağım.
Paslanır qınında qılınc yarağım,
Qarabağ qəlbimdə xal,Dədə Qorqud.
Sən əldə qopuz tut,biz əldə silah,
Qəlbdə vətən eşqi,könüldə Allah.
Həsrətdən saçımız ağarıb vallah,
Yolunu bizlərdən sal,Dədə Qorqud.
Arzun azad görmək bütün Oğuzu,
Çağır köməyimə Qazanı,Uruzu.
Al əlinə Ozan baba,qopuzu,
Şirin xəyallara dal.Dədə Qorqud.
Bir vaxt azad edərik Qarabağı,
Silinər ürəkdən torpaq,el dağı.
Gələr vətənimin azadlıq çağı,
Bizim şənliklərə qal,Dədə Qorqud.
Ər igidin döyüş yeri-Qarabağ,
Xalqımızın dərdi-səri Qarabağ.
Təbiətin şah əsəri Qarabağ.
Indi bizə bir xəyal,Dədə Qorqud.
Sevinc, xalqın gücünə arxalansın,
Igidlərin dəniz tək çalxalansın.
Qarabağın üstündə dalğalansın,
Bayrağım-göy,yaşıl,al Dədə Qorqud.
Kayıt Tarihi : 11.6.2018 10:21:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!