Qayıt gəl öz əlinlə sındır daşlaşmış tilsimi,
Çalırsan lal könlümü, qorxmursanmı yanar simi.
Asataca mızıldayan, tənha bitən çinar kimi,
Duruban yol üstündə söylə, nədən dayanmısan.
Qapını açma , gözlə döyülsə də hey tıq deyə,
Qoşulma çağırışa, fayda verməyən diqtəyə.
Gözünü zilləmisən dostum, uzaq bir nöqtəyə,
Xəyalın uçub gedib,ruhsuz bədən dayanmısan.
İlahi azaltmasın üzündən nur ziyasını,
Günəş töksün yoluna qızılı zər-zibasını.
Soyunma heç əynindən sən cavanlıq libasını,
Düşməsin tellərinə qırov, nə dən.Dayanmısan.
Daha da nurlaşırsan, qocalmırsan yaşdan-yaşa,
Üzsün ümid gəmisi, toxunmasın daşdan-daşa
Əzizim, bilirsənmi xəzinəsən başdan-başa,
Həyatın qızıl-gümüş dolu mədən, dayanmısan.
Kayıt Tarihi : 2.7.2021 19:02:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!